Azərbaycan Respublikasının UNESCO yanında Daimi  Nümayəndəliyi

Azərbaycan Respublikasının YUNESKO yanında (Fransa Respublikasının Paris şəhərində) daimi nümayəndəliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 oktyabr 2005-ci il tarixli, 1074 nömrəli sərəncamına əsasən təşkil edilmişdir. Hazırda, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Telman oğlu Abdullayevdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il sərəncamına əsasən Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilmişdir.

Azərbaycanın YUNESKO əməkdaşlığı ilə bağlı gündəlik operativ iş Bakıda Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyin ünvanı:

Ünvan: 1, rue Miollis, 75015 Paris

Tel: + 33 1 45 68 34 00; + 33 1 45 68 28 76/77/78/79/

Faks: + 33 1 43 06 05 47

E-mail: [email protected]

Nümayəndəlik haqqında ətraflı